Rus turist: IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılıq səviyyəsi çox yüksəkdir
23.5.2017

IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılıq səviyyəsi çox yüksəkdir.

Bunu Rusiyanın Krasnodar şəhərindən olan turist Aleksandr Xmel deyib: "Təşkilatçılıq səviyyəsi çox yüksəkdir. Biz Soçidədə olmuşuq və Olimpiadanın açılış və bağlanış mərasimlərini görmüşük. Fikrimcə burda səviyyə heç də aşağı deyil".

O, qeyd edib ki, Rusiyanın müsəlman olan regionlarından atletlərin bu oyunda iştirak etməməsinə təəcübblənib və onların növbəti İslamiadaya qatılması yaxşı olardı.

Turistin sözlərinə görə, o, ilk dəfədir Bakıdadır, şəhər onun çox xoşuna gəlib və gözəlliyi ilə yaxşı təəssürat oyadıb.

trend.az