Mayın 22-dən iyunun 22-dək "MasterCard" plastik kart sahibləri Azərbaycanın ən iri hipermarketi olan “Bravo”dan hədiyyə almaq şansını qazanırlar.
Bankdan verilən məlumata görə, "Bravo" hipermarketlərində 40 manat məbləğindən yuxarı alış-veriş edən müştərilər "Mastercard" plastik kart vasitəsi ilə ödəniş etdiyi tədqirdə Müştəri Xidməti masasına yaxınlaşaraq təklif olunan hədiyyələrdən birinə sahib olacaqlar.
Kampaniya haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin (012) 946 qısa nömrəsindən, rəsmi saytından www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan "Facebook" səhifəsindən ətraflı məlumat almaq mümkündür.
trend.az