“Türk Hava Yolları”nda baqajın daşınması qaydaları dəyişdi
23.5.2017

Türkiyənin “Türk Hava Yolları” (THY) aviaşirkəti baqajın daşınması ilə bağlı qaydalarda dəyişiklik edib.

Bu barədə şirkətin Bakı ofisindən məlumat verilib.

Yeni qaydalara görə, THY sərnişinləri yalnız 23 kiloqramadək bir yükü baqaja təhvil verə bilər.

Yeni qaydalar iyulun 1-dən qüvvəyə minəcək.

Hazırda sərnişinlər ümumi çəkisi 25 kiloqramadək iki yük baqaja təhvil verə bilər.

trend.az