Mayın 25-də Dünya Qalxanabənzər Vəzi Günü münasibətilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında aksiya keçiriləcək.
ATU-nun mətbuat xidmətindən bildiriblər ki, aksiya çərçivəsində klinikaya müraciət edən, bu sahədə şikayətləri olanların ödənişsiz həkim-endokrinoloq konsultasiyası və qalxanabənzər vəzinin ultrasəs müayinəsi aparılacaq.
Ətraflı məlumat üçün (012) 923 nömrəsinə müraciət etmək olar.
azertag.az