Azərbaycanda daha bir biznes-forum keçiriləcək - İordaniya ilə
25.5.2017

Azərbaycan və İordaniya iqtisadi və ticarət əlaqələrini daha da möhkəmləndirməyi planlaşdırır.

Bunu İordaniyanın Bakıdakı səfiri Nassar İbrahim Məhəmməd əl-Həbaşne deyib.

Onun sözlərinə görə, Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının iclası çərçivəsində hər iki ölkədən olan sahibkar və investorların iştirakı ilə biznes-forumun keçirilməsi nəzərdə tutulub.

Səfir qeyd edib ki, iclas zamanı tərəflər birgə müəssisələrin yaradılması imkanlarını, eləcə də dövlət müəssisələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə edəcəklər.

trend.az