1 iyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) xeyriyyə aksiyası keçirilib.
RMDM-dən bildiriblər ki, “Bakı Autizm İdman və Yaşam Klubu”na daxil olan 30-a yaxın uşağın mərkəzin pediatr-neonatoloqları Təzibə Mirzəliyeva və Arzu Həsənova, həkim-terapevt, kardioloq Dina Zotova tərəfindən müayinəsi aparılıb, tövsiyələr diqqətə çatdırılıb.
Aksiyanın keçirilməsində əsas məqsəd sağlam gələcəyin təminatına töhfə verməkdir.
azertag.az