Bakıda “Uşaqları sevək” adlı sərgi açılacaq
26.5.2017

İyunun 1-də Bakı Xətai Sənət Mərkəzində “Uşaqları sevək” adlı rəsm sərgisi açılacaq.

“İslam Həmrəyliyi İli” çərçivəsində təşkil ediləcək sərgi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunacaq.

Sərgidə 100-dən çox balaca fırça ustalarının 150-dək sənət əsəri nümayiş ediləcək.

Birgünlük sərginin kuratorları gənc rəssamlar - Elnurə və Aygün İsgəndərovalardır.


azertag.az