Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Mücadilə” adlı iki hissəli sənədli filmin birinci hissəsi - “İstiqlalın beşiyi” filmi nümayiş etdirilib.
Bu münasibətlə keçirilən tədbirdə filmin elmi məsləhətçisi, tarix elmləri doktoru Elmira Muradəliyeva sənədli filmin müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından bəhs etdiyini diqqətə çatdırıb.
AXC-nin fəaliyyətindən bəhs edən alim bildirib ki, 1918-ci ildə yaradılan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da onun tariximizdə çox əhəmiyyətli rolu olub.
Sənədli filmin ssenari müəllifi və quruluşçu rejissoru Nazim Rza İsrafiloğludur.
Sonra film nümayiş etdirilib.
azertag.az