Mehriban Əliyeva Qaradağda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimdə iştirak edib
30.5.2017

Bu gün Bakının Qaradağ rayonunun Qobu qəsəbəsinin ərazisində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kompleksin təməlini qoyub.
Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib.
Sonra Baş nazirin müavini Əli Həsənov, “Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil Əliyev, Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış ediblər.

report.az