Xalq Artisti ad gününü səhnədə qeyd edib
31.5.2017

Xalq Artisti Şükufə Yusupova ad gününü Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində qeyd edib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, sevilən aktrisa Xalq Yazıçısı İlyas Əfəndiyevin məşhur “Mənim günahım” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərində onu sevənlərin qarşısına çıxıb. Balet-tamaşa həmişə olduğu kimi, bu dəfə də tamaşaçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.

Qeyd edək ki, səhnə əsərində rolları Şükufə Yusupova ilə yanaşı, Əməkdar Artist İlham Hüseynov və gənc balet ifaçısı Cəlalə Novruzlu ifa edirlər.

Tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

azertag.az