ADU-da dövlət imtahanı ilə bağlı qərar verilib
31.5.2017

Bu gün Azərbaycan Dillər Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib.

Universitetdən verilən məlumata görə, Elmi Şuranın iclasında 2016-2017-ci tədris ilində bakalavriat səviyyəsində yekun Dövlət Attestasiyanın, magistr dissertasiyalarının yerinə yetirilməsi vəziyyəti və müdafiəsinin təşkili, 2016-2017-ci tədris ilin II yarısının yekunları və yay imtahan sessiyasına hazırlıq məsələləri, alman dili kafedrasının hesabatı və cari məsələlər müzakirə edilib.

Müzakirə nəticəsində Azərbaycan Dillər Universitetində kadr hazırlığı üzrə ixtisasların xüsusiyyəti və tələbələrin istəyi nəzərə alınaraq, universitetdə bakalavriat səviyyəsində yekun attestasiyasının ixtisas fənni üzrə tərtib olunmuş suallar əsasında imtahan və ya buraxılış işinin müdafiəsi formasında keçirilməsi qərara alınıb.

Bununla yanaşı, yekun attestasiyanın uğurla aparılması üçün yay imtahan sessiyasının müddətinin uzadılması məqsədəmüvafiq hesab edilib.

trend