AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə iyun ayının 21-də “Molla Pənah Vaqif və folklor” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.
İnstitutdan bildirilib ki, konfrans Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutacaq. Konfransda iştirak etmək istəyənlər məruzələrin xülasəsini iyunun 10-a kimi vaqif.folklor@mail.ru elektron ünvanına göndərməlidirlər. Xülasələrin qəbul olunması barədə müəlliflərə iyunun 15-nə qədər məlumat veriləcək.
Konfrans haqqında ətraflı məlumatı və anket formasını www.folklor.az səhifəsindən əldə etmək olar.
salamnews.org