Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakıdakı 6 nömrəli məktəb-liseyin İB proqramı üzrə təhsil alan şagirdlərinin ifasında “Məlikməmməd” Azərbaycan xalq nağılı əsasında tamaşa hazırlayıb.
Tamaşanın nümayişindən əvvəl teatrın direktoru Mübariz Həmidov, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Ağaxan Salmanlı çıxış edərək Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixi haqqında ətraflı məlumat veriblər.
Məktəb-liseyin direktoru, Əməkdar müəllim Gülşən Orucova çıxışında Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə minnətdarlığını bildirib.
Daha sonra yeni tamaşa izləyicilərə təqdim edilib. Yeni tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni Ağaxan Salmanlı, rejissoru Elnur Hüseynov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Ləman Salmanlıdır.
salamnews.org