Bakı Xətai Sənət Mərkəzində “Uşaqları sevək” adlı rəsm sərgisi açılıb.
“İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunan sərgi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib.
Sərgidə 100-dən çox balaca fırça ustasının 150-dək sənət əsəri nümayiş edilib. Kuratorları gənc rəssamlar - Elnurə və Aygün İsgəndərova olan sərginin ekspozisiyasında uşaq dünyasını tərənnüm edən müxtəlif mövzulu rəsmlər sərgilənib.
azertag.az