TÜRKSOY-un baş katibi Düsen Kaseinov Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzdən verilən məlumata görə, D.Kaseinov qurumun direktoru, yazıçı Afaq Məsudu yubileyi münasibəti ilə təbrik edərək Mərkəzin türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində gördüyü işlərdən söz açıb. O, bu istiqamətdə göstərdiyi uğurlu fəaliyyətinə görə A.Məsudu TÜRKSOY-un medalına layiq görüldüyünü bildirib.
O, medalı sahibinə təqdim edib.
Oxu.Az