Azərbaycanla balıq ovunun qadağan olunduğu yerlər açıqlanıb
7.6.2017

Azərbaycanda balıq və digər su bioresurslarının sənaye ovunun şərtləri açıqlanıb.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən bütün il boyu aşağıdakı yerlərdə balıq və digər su bioresurslarının sənaye ovu qadağandır:

- Kür çayının mənsəbinin qarşısındakı sahələrdə: çayın mənsəbinin sağ sahilindən Cənub-Şərq Qoltuq yaşayış məntəqəsi istiqamətindəki dəniz ləpədöyəninə qədər düz xətt üzrə 9 km-lik məsafədə, çayın mənsəbinin sol sahilindən Şimal-Şərq Qoltuq yaşayış məntəqəsi istiqamətindəki dəniz ləpədöyəninə qədər 9 km-lik məsafədə və bu kənar nöqtələrdən orta dəniz ləpədöyəni ilə Xəzər dənizinin dərinliyinə doğru 7 km-lik sahədə;

- Dəniz ləpədöyənindən Kür çayından əsas qolun (Bala Kür) ayrıldığı ərazilərə kimi, Sabirabad rayonunun Bala Həşimxanlı kəndindən Varvara SES-in bəndinə qədər olan sahədə;

- Araz çayında su anbarı istisna olmaqla bütün çay boyu;

- Su bəndləri, şlüzlər və körpülərdən 500 metr məsafəyədək ərazilərdə.

Aşağıda göstərilən müddətlərdə və yerlərdə balıq və digər su bioresurslarının sənaye ovuna icazə verilir:

 

Balıqçılıq və su obyektləri

Ov alətləri

Ova icazə verilən müddətlər

1

2

3

 

Xəzər dənizində (gölündə)

 

Axçalı və siyənək balıqlarının ovu

dayanan diktorbalı torlar və tələ quruluşlu digər ov alətləri

yanvarın 1-dən mayın 1-nə kimi  və sentyabrın 1-dən dekabrın 31-nə kimi

 

Meliorativ kollektorların mənsəbində və məcrasında

bu Qaydalarla müəyyən edilmiş və istifadəsi mümkün olan bütün ov alətləri

il boyu

 

Gəmilərlə kilkə ovu

 konus tor və nasoslar

yanvarın 1-dən mayın 1-nə kimi  və iyunun 1-dən dekabrın 31-nə kimi

 

1

2

3

 

Siyənək  və axçalı balıqların ovu

 Siyənək torları

 fevralın 1-dən mayın 1-nə kimi

 

Sahil kilkəsinin ovu

dayanan diktorbalı torlar

yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 15-dən dekabrın 31-nə kimi

 

Kefal və digər axçalı balıqların ovu

cibli kefal torları

yanvarın 1-dən mayın 1-nə kimi  və sentyabrın 1-dən dekabrın 31-nə kimi

 

H.Z.Tağıyev adına qəsəbədən Rusiya Federasiyasının sərhəd-lərinə qədər olan sahil-boyu ərazilərdə siyənək və axçalı balıqların ovu

atılan dəniz diktorbalı toru

martın 1-dən aprelin 15-nə kimi

 

Xərçəng və krevet ovu

xərçəngtoplayan

 

mayın 1-dən noyabrın 1-nə kimi

 

Kür çayında

 

Nərə cinsli, axçalı və qızıl balıqların ovu

 

atılan diktorbalı torlar və üzən çay torları ilə

yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi

 

Kür çayının əlavə sularında axçalı balıqların ovu

 üzən çay torları ilə

yanvarın 1-dən martın 1-nə kimi  və sentyabrın 1-dən dekabrın 31-nə kimi

 

Göllərdə

 

Candargöl və Sarısu göllər sisteminə daxil olan su obyektlərində axçalı balıqların ovu

göl venterləri və axçalı balıq torları

yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi

 

Su anbarlarında

 

Mingəçevir, Şəmkir, Araz, Ağstafa və Varvara su anbarlarında axçalı balıqların ovu

göl venterləri və axçalı balıq torları

yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi

 

Mingəçevir, Araz və Varvara

su anbarlarında xərçəng ovu

ixtisaslaşdırılmış ov alətləri

mayın 1-dən noyabrın 1-nə kimi

 

 

 

 

 

 

 


Aşağıdakı ərazilərdə və müddətlərdə balıq və digər su bioresurslarının sənaye balıq ovu qadağandır:

- Şabran limanını dəniz ilə birləşdirən mənsəbyanı sahədə hər iki tərəfə 1 km, dənizin içərisinə doğru 2 km-lik ərazidə yanvarın 1-dən avqustun 15-nə kimi;

- Kür çayının qadağan sahəsinin şimal sərhədindən Sabirabad rayonunun Bala Həşimxanlı kəndinə qədər olan sahədə aprelin 1-dən mayın 31-nə kimi;

- Böyük Qızılağac körfəzinin sahələrində: Kür dilinin cənub qurtaracağından Kiçik Qızılağac körfəzinin suburaxma kanalının sərhədinə qədər olan ərazilərdə mayın 1-dən 31-nə kimi;

- Kiçik Qızılağac körfəzinin balıqkeçirici kanalından 1 km şimala və 1 km cənuba, habelə dənizin içərisinə doğru 3 km ərazilərdə fevralın 1-dən mayın 1-nə kimi.

apa