Cari ilin yanvar-may ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ölkənin 12 rayonunda ümumilikdə 28 yaşayış məntəqəsinə təbii qaz verib.
Hesabat dövründə İB tərəfindən 951,8 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 79,4 km qaz kəməri əsaslı təmir olunub.
“Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Masallı və Ağstafa rayonları üzrə 28 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib”, - deyə qeyd olunub.
report.az