Ukraynalı sənətkarlar Bakı teatrında çıxış edəcəklər
16.6.2017

İyunun 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası növbəti dəfə təqdim ediləcək.

Teatrdan bildirilib ki, səhnə əsərində Alfred rolunu ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın əməkdar artisti Dmitri Kuzmin dəvət olunub. Eyni zamanda, operada Violetta partiyasını əməkdar artist İnarə Babayeva ifa edəcək.

Bundan başqa, səhnə əsərində xalq artisti Əli Əsgərov, əməkdar artistlər Cahangir Qurbanov, Əkrəm Poladov və Səbinə Əsədova çıxış edəcəklər.

Səhnə əsəri ukraynalı dirijor Viktoriya Ratsyuk tərəfindən idarə olunacaq.

azertag.az