"Hazırda Azərbaycanda 451 min nəfər ahıl şəxs yaşayır".
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinini İlqar Rəhimov “Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi milli prioritetlər və əməkdaşlıq” mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransında deyib.
O bildirib ki, Azərbaycanda əhalinin çox az hissəsini 4.6 faizini ahıllar təşkil edir: "Ölkədə 244 nəfər ahıl dövlət təminatında yaşayır. 12 min nəfərdən çox ahıla evlərində sosial xidmət göstərilir".
Nazir müavininin sözlərinə görə, sosial müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülüb və gələcəkdə də davam etdiriləcək.
report.az