Dərsə davamiyyət limiti dəyişəcək
19.6.2017

Ali məktəblərin bəzi tələbələri üçün dərslərə davamiyyət limitində dəyişiklik ediləcək.
Bu sözləri Elm, ali və orta təhsil şöbəsinin müdiri Yaqub Piriyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 dekabr tarixli qərar edilən dəyişikliklərdə bu məsələ də əks olunur.
“İndiyə qədər ali məktəblərdə davamiyyət məsələsində 25 faiz davamiyyət tələbi var idi. Lakin bundan sonra Gənclər və İdman Nazirliyinin yığma komandası üzlərinə 25 faiz limit şamil edilmir. 25 faiz ən yüksək rəqəmdir. Artıq davamiyyətdə 25 faiz tələbini ali təhsil müəssisələri özləri müəyyən edəcək”.
Y.Piriyev onu da vurğulayıb ki, bu vaxta qədər tələbə müəllim seçimində bir qrupda tələbələrin sayının 30-dan çox olmaması tələbi də ləğv ediləcək.
“Yeni qaydalarda bu sayın müəyyən edilməsi ali məktəblərin öz ixtiyarına veriləcək. Həmçinin bundan sonra tutor olmaq üçün də magistratura təhsilinin olması mütləq hesab edilməyəcək”.


Publika.az