Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb - 2%
20.6.2017

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 1,53 milyard manat olub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu il heyvandarlıqda istehsal 2,3 faiz, bitkiçilikdə isə 0,1 faiz artıb.

trend