“AtaBank” uşaq evinin balaca sakinlərini sevindirib
29.6.2017

“AtaBank” ASC Korporativ Sosial Məsuliyyət (KSM) tədbirləri çərçivəsində 2017-ci il üçün nəzərdə tutulmuş növbəti xeyriyyə aksiyasını həyata keçirib.
Bu barədə Bankdan bildirilib.
Məlumatda deyilir ki, “Atabank” Ramazan Bayramı günlərində Bakının Xətai rayonunda, Əhmədli qəsəbəsində yerləşən 3 saylı uşaq internat-evinin balaca sakinləri üçün əyləncəli viktorina və müsabiqəli bayram şənliyi təşkil edib. Xeyriyyə tədbirinə müğənnilər, sehrbazlar, animatorlar və məzəli klounlar dəvət olunub. Bununla da, Bankın işçi heyəti balacalarla birlikdə bayramı xoş və əyləncəli şəkildə qeyd edib.
Aksiya ilə əlaqədar açıqlama verən “AtaBank”ın İdarə Heyətinin sədr müavini Rauf Hüseynov bildirib ki, bu cür tədbirlər Azərbaycan dövlətinin sosial siyasətinə uyğun olaraq Korporativ Sosial Məsuliyyət xarakteri daşıyır və cəmiyyətin valideyn himayəsindən məhrum olan uşaqlarına mənəvi dəstək vermək, onlardan diqqət və qayğını əsirgəməmək məqsədi ilə təşkil edilir: “Uşaqlar bizim gələcəyimizdir, onların ehtiyaclarına və ümidlərinə həmişə diqqətlə yanaşmaq lazımdır!”
Bayram şənliyində uşaqlarla birlikdə aktiv iştirak edən “Atabank”ın Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov isə bildirib ki. daim sosial məsuliyyətə önəm verən “AtaBank” bundan sonra da bu cür tədbirlər təşkil edəcək.
Tədbirin sonunda bank əməkdaşları uşaqlarla birlikdə xatirə şəkilləri çəkdiriblər.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" 100% yerli kapitallı, yüksək texnologiyalı, universal Azərbaycan bankıdır. Onun Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə geniş çeşidli bank xidmətləri təqdim edir.


report.az