Dünyanın 120 ölkəsində və otuz ildir Fransada ənənəvi olaraq qeyd edilən Musiqi Bayramı iyul ayında Bakıda da keçiriləcək.
Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, peşəkar və professional musiqiçilərin, musiqisevər publikanın küçələrə axışdığı, şən və bayram ab-havasında keçirilən bu Musiqi Bayramı təmənnasız olaraq hər kəs üçün, eləcə də ifa olunma tərzindən asılı olmayaraq bütün musiqi janrlarına açıqdır.
Musiqi Bayramı Azərbaycandakı Fransız İnstitutu, Fransanın Azərbaycandakı Səfirliyi, YARAT Müasir İncəsənət Mərkəzi, Paris Bistro, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Hard Rock Cafe və Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə Bakının müxtəlif yerlərində keçiriləcək.
Tədbirin proqramı belədir:
YARAT MÜASİR İNCƏSƏNƏT MƏRKƏZİ, 16:00
Vəfa Qədirova (səs), Taleh Qəhramanov (gitara), Aydan Yusupzadə (piano), Les Gamins
PARIS BISTRO, 18:00
Əli İbrahim-Zadə, Albina Ahmedowsky trio, Babək Ahmedowsky (Gitara/sintezator), Xudayət Əhməd (Zərb/baraban), Məhəmməd Lətifli (Bass/ sintezator), Milan Məmmədov
İÇƏRİ ŞƏHƏR, YAY Qalereyasının qarşısında, 20:00
Les Gardiens du SilenceIlhamə Babayeva / Kitaru Lina Oşimara (səs / fisqarmoniya), Viaçeslav Lizunov - (ud / gitara), Xəyal Nityananda – (mridanqa), Todo Band, Təhminə Vəkilova (Səs), Elnur Fəttahov (Gitara), Orxan Kərimli (Gitara & xor), Hüseyn Əli (Bass), Zaur Əli (sintezator), Rza Jamal (Cajon)
HARD ROCK CAFE, 22:00
Radio & Video band, Roman Şulga (Gitara/səs), Mişel Hop (səs), Zakir Qasımov (gitara), Dmitri Tur (zərb), Andrey Kudinov (Bass)
report.az