Qazaxıstanda Azərbaycan vətəndaşları üçün işləmək icazəsi verilməsi proseduru sadələşdirilib
30.6.2017

Qazaxıstanda Azərbaycan vətəndaşları üçün işləmək icazəsi verilməsi proseduru sadələşdirilib. Bu barədə Qazaxıstan KİV-inə istinadən xəbər verilir.
Almatı Daxili İşlər Departamentinin məlumatına görə, qanun Qazaxıstanın vizasız ölkəyə giriş və vizasız üç aydan az olmamaqla ölkə ərazisində qalmaq ilə bağlı saziş imzaladığı ölkələrin vətəndaşları üçün keçərlidir. MDB ölkələrinin, o cümlədən də Azərbaycan vətəndaşları bu şərtlərə cavab verir.
İşçi miqrant Qazaxıstan ərazisində olmasının qanuniliyini təsdiq edən sənədləri göstərməklə icazəni, eləcə də fərdi gəlir vergisi üzrə ödəniş həyata keçirməklə ala bilər.
Eyni zamanda, bir işəgötürənin ev təsərrüfatında işlər görülməsi üçün eyni anda beşdən artıq miqrantla əmək müqaviləsi bağlamasına icazə verilmir.


report.az