"Bakcell"dən "YouTube" istifadəçiləri üçün yeni internet paketləri
3.7.2017

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti ən populyar video platformalarından biri olan “YouTube”dan istifadənin kütləviliyini nəzərə alaraq, abunəçilər üçün eksklüziv “YouTube” internet paketini istifadəyə verib.

Təqdim olunan yeni məhsul sayəsində Bakcell abunəçiləri video izlədikləri zaman sərf edilən internet trafikinə və ya balansdakı vəsaitə qənaət edə biləcəklər.

“YouTube” internet paketlərinin trafikin həcminə uyğun olaraq aşağıda qeyd edilən iki növü var:

Paketlər
Trafik həcmi
Aktivləşdirmə kodu
Qiymət
YouTube 1
2 GB
*530*2000#YES
2 AZN
YouTube 2
5 GB
*530*5000#YES
4 AZN
Paketin istifadə müddəti 7 gün təşkil edir. Bu müddət bitdikdən sonra İnternetdən istifadə üçün xidmət haqqı abunəçinin tarifinə uyğun olaraq balansdakı vəsaitdən və ya mövcud internet paketindən çıxılacaq.

Qeyd edək ki, abunəçi “YouTube” internet paketini digər internet paketləri ilə paralel qaydada istifadə edə bilər. Bu halda əsas adi internet paketindən “Youtube” istifadəsi üçün trafik çıxılmayacaq.

Bu yeni məhsulunun daha bir üstün cəhəti ondan ibarətdir ki, abunəçi balansındakı “YouTube” üçün nəzərdə tutulmuş trafiki “Wi-Fi Hotspot” vasitəsilə digər cihazlarla da paylaşa bilərlər.

Bütün qeyd edilənlərə əlavə olaraq, internet paketindən istifadə edən abunəçilər “Bakcell”in pulsuz Wi-Fi xidmətindən faydalana bilərlər. Bu xidmətdən bir çox yerdə: restoran, mehmanxana, kafe, park və hətta taksilərdə (189 Taksi xidməti) istifadə etmək mümkündür. “Bakcell”in pulsuz Wi-Fi xidməti barədə ətraflı məlumat üçün keçid: https://www.bakcell.com/az/bakcell-wi-fi

Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülmüş Bakcell gələcəkdə də ən innovativ mobil data məhsulları ilə abunəçilərini sevindirməyə davam edəcək.

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

trend.az