Cari ilin birinci yarısında Gürcüstana 2 milyon 996 min 170 nəfər əcnəbi vətəndaş səfər edib. Onların 737 min 549-u Azərbaycan vətəndaşlarıdır.
Bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xaricilər arasında birinci yerdədirlər.
Gürcüstanın Milli Turizm Administrasiyasının yaydığı məlumata görə, 2017-ci ilin birinci yarısında bu ölkəyə səfər edənlərin 1 milyon 309 min 982-si turist olub. Bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 29,1 faiz çoxdur.
Turistlərin 666 min 493 nəfəri Gürcüstana iyun ayında gəlib.
azertag.az