Onurğa ağrılarından necə azad olaq?
5.7.2017

Osteopatiya ağrısız və dərmansız müalicə üsuludur.
Bu üsul yalnız sümük sistemi ilə məşğul olan sahə deyil. Osteopatiyada tətbiq edilən üsullarla sümük-əzələ sistemi, birləşdirici bağlar, vətərlər, daxili orqanlar və bütün sinir sistemi də daxil olmaqla orqanizmin pozulmuş funksiyalarına bütövlükdə təsir etmək olur. Osteopatiya vegetativ sinir sisteminə təsir edən əsas üsullardan biridir. Osteopatiya pozulmuş tarazlığı nizamlayır və bu yolla orqanizmdə baş verən bir çox xəstəliklərin nizamlanmış bədəndə daha tez sağalmasına kömək edir.
Osteopatiya qadınlarda bir çox xəstəliklərin düzgün diaqnoz qoyulmasına və müalicəsinə kömək edir. Qadın orqanizmi öz təbiətinin unikallığı ilə seçilir-axı o, kişilərdən fərqli olaraq hamiləlik və doğuş kimi mürəkkəb dövrlər keçirir. Bununla bağlı olaraq qadınlar məhz onlara xas olan xəstəliklərə malik olurlar. Ənənəvi təbabətin gücsüz yaxud az effektli olduğu hallarda qadın xəstəliklərinin müalicəsində osteopat-həkim öz uğurlu nəticələri ilə həmişə öndə olur.
Müntəzəm olaraq professional osteopat- həkim konsultasiyasından keçmək öz sağlamlığının qayğısına qalan müasir qadının düzgün seçimidir.
Qeyd edək ki, hazırda bu müalicə üsulu Bioloji Təbabət Klinikasında peşəkar həkimlər tərəfindən həyata keçirilir.
Ünvan: Bakı, Nəsimi, Seyid Cəfər Pişəvəri-110
Telefon: (+994 12) 430-89-89, (+994 50) 430-89-89, (+994 55) 430-89-89, (+994 70) 430-89-89


publika.az