Bu ilin iyun ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 7 036 müqavilə bağlanılıb.
Bu müqavilələr üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 808 636 manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 5 038-i yaşayış evləri və mənzillər, 22-si inzibati binalar, 1 976-ı isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında və sığorta haqlarının məbləğində müvafiq olaraq 40% və 33% azalma müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 163, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 3 sığorta müqaviləsi bağlanılıb.
Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İSB-nin iştirakçısı olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.
report.az