Bu gün Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində cavab oyununu keçirəcək.
Lüksemburqdakı “Municipal de Differdange” stadionunda keçiriləcək “Differdange”-“Zirə” oyununun baş hakimi slovakiyalı Boris Marhefka olacaq. Ona həmyerliləri Tomaş Vorel və Jan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pavol Çmura yerinə yetirəcək.
Qarşılaşmanın UEFA nümayəndəsi Marton Esterhazi (Macarıstan), hakim-inspektoru isə bolqarıstanlı İchko Lozev olacaq.
Komandalar arasında Bakıda təşkil olunan ilk oyunda “Zirə” 2:0 hesabı ilə qalib gəlib.
azertag.az