Pantomima Teatrı “Adajio” ilə mövsümə yekun vurub
10.7.2017

Azərbaycan Dövlət Pantomima Teatrı Xalq Artisti Bəxtiyar Xanızadənin ssenarisi əsasında hazırlanan “Adajio” tamaşası ilə mövsümə yekun vurub.

Teatrdan bildirilib ki, səhnə əsərində rəsmlərin quruluşu və musiqi tərtibatı Əməkdar Artist Nargilə Qəribovaya, rəqslərin quruluşu isə Elnur İsmayılova aiddir.

“Adajio” müasir Azərbaycan şairlərinin lirikası əsasında qurulmuş ədəbi-musiqili, sözlü-pantomimalı kompozisiyadır. “Adajio” poetik düşüncəsi şəhər parklarından birində vaqe olur. Parkda altı gənc qız heykəli növbəli şəkildə canlanaraq buradan təsadüfən (bütün təsadüflər zərurətdən doğur prinsipi) keçən və ya bilərəkdən buraya baş çəkən keçmiş sevgililəri ilə birlikdə eşq hekayətlərini danışırlar. Şair tamaşanın əvvəlində düşüncələrini bölüşür, sonda isə harmonik müdaxilələr edir. Bütün bunlar əksəriyyəti Avropa, bir hissəsi Azərbaycan musiqisi olmaqla seçmə kompozisiya və rəqslərlə müşayiət olunur.

Aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

azertag.az