“Azəriqaz” bu il 35 yaşayış məntəqəsinə qaz verib
11.7.2017

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-iyun ayları ərzində 954,3 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 98,1 km qaz kəməri əsaslı təmir olunub.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz və Masallı rayonları üzrə 35 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.


report.az