Ukrayna ölkəyə gələn bütün xarici vətəndaşlar üçün biometrik nəzarət sistemini tətbiq edəcək.
Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında deyib.
Onun sözlərinə görə, sərhədi keçən hər bir xarici vətəndaşdan biometrik məlumatlar, o cümlədən barmaq izləri, rəqəmsal fotoşəkil alınmalıdır.
P.Poroşenko qeyd edib ki, bu tədbirlər terrorçuluqla mübarizə imkanlarını gücləndirəcək və cəmiyyət tərəfindən yaxşı qarşılanacaq.
trend.az