Küveytin “Jazeera Airways” aviaşirkəti Bakıya birbaşa reyslər həyata keçirməyə başlayıb.
Bu barədə Heydər Əliyev Beynəlxalq hava limanından məlumat verilib.
Əl-Küveyt şəhərindən Bakıya ilk reys iyulun 10-da baş tutub.
Bu reyslər həftədə iki dəfə, bazar ertəsi və cümə günləri həyata keçiriləcək.
Qeyd edək ki, “Jazeera Airways” 2004-cü ildə yaradılıb və hər il 16 istiqamət üzrə 1,25 milyon sərnişinə xidmət göstərir.
trend.az