Bədəninizdə zərərli bakteriya və qurdlar olduğunu göstərən Əlamətlər
11.7.2017

Dünya səhiyyə təşkilatının verdiyi açıqlamalara görə, dünyada hər il 3,5 milyard insan bədənində yığılan bakteriyalara görə müalicə alır. Bəs insanlar orqanizmində zərərli bakteriyalar toplanmasını necə anlaya bilər?
Bədəndə yığılan bakteriyalar müəyyən müddət sonra səhhətimiz üçün ciddi istiqamətdə təhlükə yaradır. Bu, immun sisteminin zəifləməsinə, hətta ciddi və ölümcül xəstəliklərə gətirib çıxarır. Zərərli bakteriyalar və qurdlar ən çox bağırsaqlarda rast gəlinsə də, bədənin digər orqanlarına da birbaşa təsir etmək şansı yüksəkdir. Həmin əlamətləri sizə təqdim edirik:
Cilddə həssaslıq və qaşıntı-Ekzema, qabıq vermə, dəridə əmələ gələn qızartı və qaşınma orqanizminizin bakteriyalarla dolu olduğunu göstərən əlamətlərdən biridir.
Həddindən artıq yorğunluq-Gün ərzində həddən artıq yorğunluq, daim əsnəmə və süstlük bakteriyaların çox olduğunu göstərir.
Oynaq və əzələ ağrıları-Kramp, əzələ ağrıları, oynaq ağrıları, artrit ağrıları, əllərdə və ayaqlarda keyimə, qarında ağrı və buna bənzər əzələ və oynaq ağrıları çəkirsinizsə, deməli bədəninizdə qurdlar var.


publika.az