İyulun 12-də Bakı Dövlət Universiteti (BDU) ilə Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı arasında anlaşma memorandumu imzalanıb.
BDU-da keçirilən imzalanma mərasimində rektor, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. Rektor UAFA təşkilatının fəaliyyəti barədə fikirlərini bildirib, bu qurumun əhəmiyyətini vurğulayıb.
UAFA-nın təsisçisi Qven Börçell bu təşkilatın reallaşdırdığı tədbirlərdən bəhs edib.
Sonra anlaşma memorandumu imzalanıb.
azertag.az