Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəmkirdə vətəndaşları qəbul edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbul iyulun 18-də saat 11ºº-da Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində ( Heydər Əliyev prospekti, 5 ) başlayacaq.
Qəbulda Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax və Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbulda iştirak etmək istəyən vətəndaşların həmçinin adıçəkilən rayonların mədəniyyət şöbələrinə müraciət edə bilərlər.
report.az