Respublika Müalicəvi Diaqnostika Mərkəzində hamilə qadınlar üçün seminar keçiriləcək
13.7.2017

İyulun 18-də saat 18.00-da Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) hamilə qadınlar üçün seminar təşkil olunacaq. Tədbir “Hamiləlik və gözlər” mövzusunda keçiriləcək.

RMDM-in mətbuat xidmətindən bildiriblər ki, seminar RMDM-in həkim-oftalmoloqu Eloğlu Məmmədov tərəfindən aparılacaq.

Seminarda iştirak etmək istəyənlərin (012) 530 90 29 və ya (012) 913 nömrələrinə zəng edərək qeydiyyatdan keçmələri lazımdır.

azertag.az