Azərbaycan və Rumıniya ədəbi nümunələrinin qarşılıqlı nəşri məsələləri müzakirə olunub
14.7.2017

Bir çox dillərə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Rumıniyada, rumın yazıçı və şairlərinin əsərlərindən ibarət toplunun Azərbaycanda nəşrinə dair məsələlər müzakirə olunub. Müzakirə Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku və xanımı Mihaela İanku ilə iyulun 13-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində keçirilən görüşdə aparılıb.

Tərcümə Mərkəzindən bildirilib ki, görüş zamanı Azərbaycan-Rumıniya ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən – müxtəlif dövrlərdə Ejen İonesko, Mirça Kerteresku və digər tanınmış rumın ədiblərinin əsərlərinin tərcümə və nəşrindən də söz açılıb.

azertag.az