Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Püşkatmanın nəticəsinə əsasən turnirdə Azərbaycanın yeganə təmsilçisi "Qarabağ”ın potensial rəqibi müəyyənləşib.
Belə ki, əgər Ağdam təmsilçisi II mərhələni keçsə, növbəti mərhələdə "Şerif" (Moldova) - "Kukes" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, "Qarabağ" ÇL-in II təsnifat mərhələsinin ilk oyununda “Samtredia”ya 5:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, təmsilçimiz ilk oyununu iyulun 25 və ya 26-sı Bakıda, cavab görüşünü isə avqustun 1 və ya 2-də səfərdə keçirəcək.
trend