Ölkənin aparıcı korporativ bankı - PAŞA Bank iş adamlarını dəstəkləmək məqsədi ilə bazara unikal kart məhsulu təqdim edir – Tacir Kart.
Bu barədə bankdan məlumat verilib.
Tacir Kart ticari prosesdə iştirak edən hər iki tərəf üçün faydalıdır: hazırda malların satışı ilə məşğul olan pərakəndə satış obyektlərinin sahibləri mal ünvanlı çatdırılma həyata keçirən iri distributorlardan alır. Sahibkarın aldığı malların ödənişləri nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. PAŞA Bank Tacir Kart istifadəçiləri üçün unikal şəbəkə yaratmaqla, tərəflər arasında ticari əlaqələrin genişlənməsini və operativliyini təmin edir.
Tacir Kartın PAŞA POS terminalı ilə istifadəsinin Distribyutor üçün ən önəmli üstünlüklərindən biri 18% ƏDV-nin avtomatik hesablanması ilə yanaşı həmin məbləğin avtomatik çıxarılaraq Sahibkarın adından vergi depoziti hesabına göndərilməsi imkanıdır. Nağdsız ödənişlərin qəbulunu POS-terminal ilə təchiz olunmuş ekspeditorlar özləri həyata keçirir.
Sahibkar üçün bu kart avtomatlaşdırılmış bir ödəmə imkanı yaradılır ki, bu da onların öz işlərini nağdsız şəkildə, daha çevik və operativ olaraq həll etməyə zəmin yaradır.
PAŞA Bankın Baş kommersiya İnzibatçısı Melih Mengünün sözlərinə görə, Bank, məhsul və xidmətləri işləyib hazırlayarkən, əsas meyar olaraq müştərilərinin biznes ehtiyaclarını rəhbər tutur. “Əminik ki, Tacir Kartın istifadəsi PAŞA Bankın müştəriləri qarşısında geniş imkanlar açıb, onlara bizneslərin rəqabət üstünlüklərindən faydalanmağa yardım edəcək» - deyə, M. Mengü yekunlaşdırdı.
Tacir Kartdan istifadənin əsas üstünlükləri:
Sahibkarlar üçün:
Ən qısa müddətdə nağd ödənişlərdən qeyri-nağd ödənişlərə keçid
Hesabatlılığın asanlaşması
Kartın kredit xəttindən faydalanmaq imkanı
Hər Distribyutor üzrə müxtəlif limitlərin müəyyən olunması
Distribyutor şirkətlər üçün:
Pul dövriyyəsinin nağdsız formaya keçməsi
Şirkətin pul dövriyyəsinin effektiv idarə edilməsi
Mobil POS terminal vasitəsi ilə ödənişlərin qəbulu
Nağd vəsaitin qəbulu ilə əlaqəli risklərin azalması
Vəsaitin həmin gün hesaba köçürülməsi
İnkassasiya xidmətinə ehtiyacın olmaması
Hesabatlılığın asanlaşması
Sahibkarlara fərdi kredit limitlərinin müəyyən edilməsi
PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 400 çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür. 2014-2015 illərdə “EMEA Finance” PAŞA Bankı “Azərbaycanın Ən Yaxşı Bankı” adlandırılmışdırlar. 2016-ci ildə Bank “World Finance” jurnalı tərəfindən “Ən Yaxşı Bank Qrupu” və “Ən yaxşı Kommersiya Bankı”, Global Finance jurnalı tərəfindən isə “Ən yaxşı bank” mükafatları ilə təltif olunub.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.
trend