Bugün Bakı şəhəri Nəsimi rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məhdudiyyətlərin tətbiqi magistral su xəttinin yerinin dəyişdirilməsi və birləşmələrin verilməsi ilə bağlıdır.
"Yaranan narahatlıqla əlaqədar "Azərsu" abonentlərdən üzr istəyir", - deyə məlumatda qeyd olunub.
report.az