Ümumi daxili məhsulun 2 milyard 536,8 milyon manatı tikintinin payına düşüb
19.7.2017

2017-ci ilin birinci yarısında ölkədə 31 milyard 310,6 milyon manat və ya əhalinin hər nəfərinə 3224,6 manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM-nin 2 milyard 536,8 milyon manatı tikintidə, 1 milyard 559,9 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunub.

Məhsula və idxala xalis vergilər 2 milyard 247,8 milyon manat təşkil edib.

azertag.az