PAŞA Sığortadan yeni kampaniya: Avtomobilini sığortala və yurdumuzu kəşf et
20.7.2017

PAŞA Sığorta şirkəti yay mövsümü ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin KASKO sığortasını əldə edəcək müştərilər üçün “Avtomobilini sığortala və yurdumuzu kəşf et!” adlı yeni hədiyyə kampaniyasına start verir.

Şirkətdən verilən məlumata görə, avqustun 17-dək minimal 450 AZN məbləğində könüllü avtomobil sığortası (KASKO) üzrə müraciət edəcək müştərilər PAŞA Sığortadan hədiyyə olaraq 200 AZN nominaladək ölkədaxili səyahət kuponu qazanacaqlar.

Kampaniyanın şərtlərinə əsasən, müştərilər 450-1000 AZN sığorta haqqına görə 100 AZN, 1000 AZN-dən yüksək KASKO sığortası üçün isə 200 AZN nominallı səyahət kuponları əldə edəcəklər. Müştərilər səyahət kuponlarını Nizami küç. 167 C ünvanında yerləşən "Spektr Travel" turizm şirkətinə təqdim etməklə ölkəmizin müxtəlif bölgələrinə səyahət sifariş edə və ya kuponun nominal məbləğinə uyğun endirimdən faydalana bilərlər.

KASKO sığortasını əldə etmək və kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini və həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə göndərərək KASKO sığortasını əldə edə bilərsiniz.

Kampaniyanın şərtləri barədə ətraflı məlumat üçün: https://goo.gl/zf5f24

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

trend.az