Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi istiqamətində xarici ölkələrin aparıcı universitetlərində elektron tədris texnologiyalarının tətbiqi məsələləri araşdırılıb.
AMEA-dan bildirilib ki, institutda təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənməsi ilə bağlı araşdırmalar aparılıb.
İnstitut əməkdaşlarının bir sıra məqalələri tanınmış elmi jurnallarda nəşr olunub, müxtəlif səviyyəli elmi-texniki konfranslar və simpoziumlarda məruzələri dinlənilib.
azertag.az