Duzdan çox istifadə etmək hansı xəstəliklərə səbəb olur?
21.7.2017

Gündəlik istifadə etdiyimiz duz qədərində insan orqanizmi üçün vacibdir. Yeməyimizi dada, ləzzətə gətirən duzdan qədərindən çox istifadə isə kifayət qədər ciddi xəstəliklərin başlanğıcı deməkdir.

Nəzərə almaq lazımdır ki, istifadə etdiyimiz qida məhsullarının əksəriyyətinin tərkibində duz var. Bununla yanaşı hazırlanan xörəklərə və salatlara "səxavətlə" duz əlavə etməklə sağlamlığımıza problem yaradırıq.

Duzdan çox istifadə etmək hansı xəstəliklərin yaranmasına rəvac verir?

1. Duzdan çox istifadə etmək qan təzyiqini yüksəldir.
2. Artıq qəbul edilən duz mədəni qıcıqlandırır ki, bu da mədə xorasına və xərçənginə səbəb ola bilər.
3. Duz orqanizmdə mayenin xaric olmasına mane olmaqla yanaşı susuzluq yaradır ki, bu da bədənimizin suya tələbatını normadan artıq çoxaldır.
4. Ürək xəstəlikləri üçün duz olduqca ziyandır.
5. Duzdan çox istifadə artrit, revmatizma, dermatit, ekzema kimi xəstəliklərin yaranmasına yol açır.
6. Böyrək xəstəliklərinə duz olduqca mənfi təsir göstərir.
7. Duz göz sağlamlığı üçün də təhlükə yaradır, duzdan çox istifadə edənlərin qlaukoma və katarakta xəstəlikləri ilə üzləşmə ehtimalı daha böyükdür.
8. Gün ərzində böyüklər üçün 5-10 qram, uşaqlar üçün 3-8 qram duz istifadə etmək normadır. Əgər aldığınız ərzaqların tərkibində duz çoxdursa nəzərdə tutulan normanı məhdudlaşdırmaq məsləhətdir.

Damağımıza dad qatan duz xörəklərimizi daha ləzzətli etsə də sağlamlığımız naminə onun qədərini bilməliyik. Xəstəliyə düçar olmaqdansa yediklərimizin duzunu az etmək daha məsləhətdir.


day.az