Bakı Xətai Sənət Mərkəzi “Vətənin tərənnümü” adlı etüd rəsm müsabiqəsi elan edib.
Mərkəzdən məlumat verilib ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
İştirak etmək istəyənlər əsərlərini sentyabrın 20-dək Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər. Müsabiqədə 15 yaşından yuxarı hər bir fırça ustası üç əl işi təqdim edə bilər. İştirakçılar arasında vətənpərvərlik ruhunun inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqənin mövzusu sərbəstdir.
Qaliblər diplomlarla təltif olunacaqlar.
azertag.az