Dünyaca tanınmış “Adizes” İnstitutu “Gilan Holding”in əməkdaşları üçün master-klass keçirib
24.7.2017

İyulun 15-də Bakıda “Hilton” otelində dünya miqyaslı “Adizes” İnstitutunun təsisçisi İ.Adizesin “How to manage change constructively” (Dəyişiklikləri konstruktiv necə idarə etmək olar?) mövzusunda master-klassı təşkil olunub.

Master-klass “Gilan Holding” və “Adizes İnstitute Worldwide” tərəfindən təşkil edilib. Master-klass “Gilan Holding”in şirkətlərində çalışan əməkdaşlar üçün nəzərdə tutulub və master-klassda 410 nəfər “Gilan Holding” əməkdaşı iştirak edib.

Bir gün ərzində davam edən master-klassda “Adizes” İnstitutunun Azərbaycan üzrə baş direktoru, “Gilan Holding”in İdarə Heyətinin üzvü, tanınmış təlimçi Pavel Belorusskiy mühazirələrlə çıxış edib.

İngilis dilində təşkil edilən master-klass əsasən “Change, its repercussions, and what we can do about it” (Dəyişiklik, onun əskikləri və biz bu barədə nə edə bilərik?), “Roles and styles of management” (Dəyişikliklərin rolu və idarəetmə üslubları), “”What is a complementary team” (Tamamlayıcı komanda nədir?), həmçinin, “How to assure effective implementation” (Dəyişikliklərin effektiv həyata keçirilməsini təmin etmək), “How to resolve conflicts of interests” (Maraqlı münaqişələrin həlli) və “What are the basic skills any manager needs to get things done” (Hər hansı menecerin işi yerinə yetirməsi üçün əsas bacarıqları hansılardır?) mövzuları əhatə edilib.

Bundan başqa, master-klass zamanı “Decision Making vs Taking” (Qərar qəbul etmə əleyhinə çıxış), “How to make decisions as a team” (Komanda kimi qərarlar qəbul etmək), “How to run effective meetings” (Effektiv görüşləri necə keçirmək olar?) mövzularına da toxunulub.

Həmçinin master-klass zamanı “Success Formula for any organization” (Hər hansı təşkilat üçün uğur formulu) və “11 Phases of the Adizes Transformation Program” ( Adizes Transformasiya Proqramının 11 mərhələsi) mövzularına da toxunulub.

İ.Adizes 29 kitabın müəllifidir və onun kitabları dünyanın 26 dilinə tərcümə edilib. Adizes 40 il davam edən özünün peşəkar fəaliyyətini davam etdirir. O, Kaliforniya, Stendford və Qüds universitetlərində dərs deyib. O, yüzlərdə lider şirkətlərin Biznes məsləhətçisi qismində çıxış edib. İ.Adizes İsveç, Braziliya, Yunanıstan, İsrail, İslandiya, Meksika və Makedoniya hökumət başçıları üçün siyasi məsələlərdə məsləhətçi qismində çıxış edib.

Adizes dünyanın 52 ölkəsində “Bank of America” , “Coca-Cola Bottling”, IBM Brazilia” və s. kimi bir sıra şirkətlərlə çalışıb.


apa.az