Pakistanın Ticarət Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfərə gələcək
24.7.2017

Pakistanın ticarət naziri Məhəmməd Yunus Daqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Pakistanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, nümayəndə heyəti iyulun 26-də Azərbaycana gələcək.
Səfər zamanı bir sıra rəsmi şəxslərlə görüşlər keçiriləcək. Tərəflər iki ölkə arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi yollarını müzakirə edəcəklər.


report.az