“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində təşkil olunan “Yay məktəbi”nin ikinci mərhələsi üçün elan edilən əlavə qeydiyyat başa çatıb.
Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, “Yay məktəbi”ndəki boş yerlər üçün qeydiyyat 11-20 iyul tarixlərində aparılıb.
VII və VIII sinfi bitirmiş şagirdlər “Məktəblinin dostu”nun Feysbuk səhifəsində yerləşdirilən elektron qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçiblər.
Nəticələrə əsasən, ümumilikdə “Yay məktəbi”ndə avqustun 1-dən 31-dək 400-dən çox şagird iştirak edəcək.
Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”nin iyulun 3-də açılışı olub. Hazırda “Yay məktəbi”ndə V-VI sinif şagirdləri iştirak edirlər.
report.az