Lənkəranda “Açıq kitabxana” layihəsi çərçivəsində oxucular üçün səyyar kitabxana xidməti təşkil edilib.
Lənkəran Rayon Mərkəzi Kitabxanasının qarşısında təşkil olunan tədbirdə yüzlərlə kitabsevər, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə “Azərbaycan tarixi”, “Uşaq ədəbiyyatı”, “Yeni kitablar”, “Ulu öndər Heydər Əliyev”, “Lənkəran yazarları”, “Şəhidlər ölməz, Vətən bölünməz” guşələrində ümumilikdə 700 adda kitab sərgilənib.
Azyaşlı oxucular üçün nəzərdə tutulan “Yay məktəbi” guşəsi də maraqla qarşılanıb. Mərkəzi kitabxananın uşaq şöbəsi azyaşlı oxucuların bədii zövqünün formalaşdırılması, onlarda mütaliə mədəniyyətinin yüksəldilməsi üçün 100-ə yaxın uşaq ədəbiyyatını sərgiyə çıxarıb.
Tədbirdə 30-a yaxın yeni oxucu kitabxanaya üzv yazılıb.
azertag.az